"Oyundan öncə komanda yoldaşlarıma dedim ki.."

"Oyundan öncə komanda yoldaşlarıma dedim ki.."
XƏBƏR 10 Sentyabr 2014 / 13:47 4537
-  A +

"Oyundan öncə komanda yoldaşlarıma dedim ki, "Bakıda qələbə qazanacağınızı görürəm". Buna inanırdım və belə də oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının kapitanı İvelin Popov "Avro-2016"nın seçmə mərhələsində qalib gəldikləri millimizlə oyun haqda danışarkən deyib.

Zədə səbəbindən Bakıya gəlməyən təcrübəli futbolçu ölkəsinin mətbuatına açıqlamasında komandasının çətin qələbə qazandığını bildirib: "Xorvatiya ilə oyunöncəsi bu qələbə bizim üçün vacib üç xal oldu. Çətin oyun keçdi. Hava şəraiti yaxşı deyildi. Hələ meydançanın ot örtüyü haqda danışmıram. Ancaq şadam ki, futbolçular xarakter göstərdilər və qələbə qazanmaq üçün sonadək mübarizə apardılar".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu 1:2 oyunu hesabı ilə qonaqların xeyrinə başa çatıb.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə