"Üzr istəyirik" - Fatih Terim

"Üzr istəyirik" - Fatih Terim
XƏBƏR 10 Sentyabr 2014 / 10:39 6822
-  A +

"İslandiyanın bizi məğlub edəcəyini heç kəs gözləmirdi. Qol buraxdıqdan sonra fərqlənə bilərdik. Uduzmağımızın səbəbi on nəfərlə qalmağımız olmadı. Bu matça hazır deyildik. Havanın küləkli olması oyunumuza təsir etdi. Rəqib bizdən güclü idi".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın seçmə mərhələsində İslandiyaya məğlub (0:3) olduqları oyundan sonra deyib.

O, uduzduqları üçün azarkeşlərdən üzr istəyib: "Biz yaxşı komandayıq, oyunumuz alınmadı. Hər kəsdən üzr istəyirik".


Son xəbərlər