"Azərbaycanla oyun heç-heçə başa çata bilərdi"

"Azərbaycanla oyun heç-heçə başa çata bilərdi"
XƏBƏR 10 Sentyabr 2014 / 00:35 3661
-  A +

Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov "Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində qalib gəldikləri millimizlə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan Mixaylov çətin qələbə qazandıqlarını bildirib:

"Komandada zədəli futbolçuların olmasına baxmayaraq qələbə qazanmağı bacardıq. Çətin oyun oldu. Qalib gəldiyimiz üçün çox şadam. Bu oyun heç-heçə də başa çata bilərdi. Əsas üç xal qazanmaq idi. İsti hava şəraitində, rəqib azarkeşlər qarşısında oynamaq asan deyildi, ancaq futbolçular sonadək mübarizə apardılar. Düşünürəm ki, digər komandalar Bakıda xal itirəcəklər".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi