"40 oyunluq cəzalanmalıyam" - İbrahimoviç

"40 oyunluq cəzalanmalıyam" - İbrahimoviç
XƏBƏR 9 Sentyabr 2014 / 15:43 6249
-  A +

"Avro-2016"nın seçmə mərhələsində dünən Avstriya ilə oyunda rəqib futbolçu David Alabaya dirsəyi ilə zərbə endirən İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç etdiyi hərəkətlə bağlı açıqlama verib.

Qol.Az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu cəzalanmalı olduğunu qeyd edib.

"Bu hərəkətimə görə 40 oyunluq cəzalanmalıyam" - deyə İbrahimoviç bildirib.

Qeyd edək ki, Avstriya - İsveç matçı 1:1 hesabı ilə yekunlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner