Bertuççi "Neftçi"nin düşərgəsində

Bertuççi "Neftçi"nin düşərgəsində
XƏBƏR 9 Sentyabr 2014 / 11:50 4036
-  A +

"Neftçi”in futbolçusu Bruno Bertuççi Bakıya qayıdıb.

Qol.Az-ın məlumatına görə, müalicə olunmaq üçün bir müddət əvvəl  Braziliyaya yollanan müdafiəçi komandasının düşərgəsinə qoşulub.

O, hazırkı durumu ilə bağlı klubun rəsmi saytına danışıb: "Braziliyada olduğum müddətdə müalicəmin əsas mərhələsini geridə qoydum. Həkimlərin rəyinə görə, artıq məşqlərə başlaya bilərəm. Bu gün komanda ilə birgə hazırlığa qatılacam. Çalışıram ki, əvvəlki formamı mümkün qədər tez bərpa edim. Qarşıda bizi çətin oyunlar gözləyir. Buna görə də hər matça tam hazır vəziyyətdə çıxmalıyıq”.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi