İstanbulun «Qalatasaray» klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz Qol.Az saytına eksklüziv müsahibə verib. Müsahibədə B.Qorxmaz «Bakı» klubuna keçəcəyilə bağlı sualları da cavablandırıb.
- Bülənt hoca, «Qalatasaray»dan ayrıldıqdan sonra nə işlə məşğulsunuz?
- Hələ ki, heç bir işlə. Dincəlirəm, bundan başqa «Fox» TV-də yayınlanan futbol verlişində şərhçi kimi çıxış edirəm, matçlara gedirəm. Bu qədər.
- Belə başa düşdük ki, hələ də baş məşqçi kimi çalışmırsınız. Səbəb nədir, təklif yoxdur, yoxsa özünüz dincəlməyə üstünlük verirsiniz?
- Yox, təkliflər var. Özü də həddindən artıq çoxdur. Həm superliqa komandalarından, həm də birinci liqada yarışan klublardan. Hətta ölkə xaricindən də dəvətlər almışam. Sadəcə, həmin klubların şərtləri ilə mənim şərtlərim üst-üstə düşmür. Mən istəyirəm ki, şərtlərimi yerinə gətirə biləcək bir komanda ilə anlaşım.
- Azərbaycandan da təklif almısınız?
- Bilirsiniz ki, bir müddət öncə Azərbaycanda da olmuşdum və orada belə bir açıqlama vermişdim ki, əgər Azərbaycanda mən istəyən şərtləri yerinə yetirəcək və şəraiti yaradacaq klub olsa, məmnuniyyətlə, onun baş məşqçisi işləyərəm.
- Bilirsiniz, bu sualı niyə verdim? Son günlər burada sizin “Bakı”nın baş məşqçisi olacağınızla bağlı məlumat yayılıb. «Bakı»nın işləri son vaxtlar heç də yaxşı getmir. Komanda avrokuboklardakı ardıcıl məğlubiyyətlərin ardından Azərbaycan Premyer Liqasına da məğlubiyyətlə başlayınca baş məşqçi Coko Haciyevskinin istefa məsələsi gündəmə gəldi. Deyilənə görə, bu gün Lənkərənda “Xəzər-Lənkəran”a növbəti məğlubiyyət baş tutarsa, Haciyevski postu ilə vidalaşacaq və onun yerinə siz gətiriləcəksiniz.
- Gəlin belə danışaq. Özünüz də dediniz ki, bu gün “Bakı”nın “Xəzər-Lənkəran”la çətin oyunu var. Oyun qabağı isə bu barədə danışmaq komandanın baş məşqçisinə hörmətsizlik olar. Həm də komandanın futbolçularına oyunöncəsi təsir göstərə bilər. Ona görə də gəlin bu məsələylə bağlı sabah danışaq. Olar? Gözləyək oyun bitsin, sabah zəng vurun, daha ətraflı söhbət edək.
- Belə başa düşdüm ki, “Bakı”ya gəlməyin əleyhinə deyilsiniz. Sadəcə maraqlıdı, “Bakı”dan sizinlə əlaqə saxlayan olub?
- Təkrar edirəm, mən Azərbaycanda, "Bakı"da çalışmağın əleyhinə deyiləm. Əksinə çox istəyirəm ki, Azərbaycanda çalışım və bu ölkənin futbolunun inkişafına öz töhfəmi verim. Sadəcə, həmin klub mənim şərtlərimi həyata keçirsinlər, yetər. Əlaqə məsələsinə gəlincə, onsuz da mənim “Bakı” rəhbərliyi ilə yaxşı münasibətlərim var.
- Fikirlərinizdən belə qənaətə gəldik ki, Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Əlbəttə. Diqqətdə saxlayıram.
- O zaman millimizin son oyunlarına, konkret Almaniya ilə matça da münasibətinizi bilmək pis olmazdı.
- Mən hələ Azərbaycanda olanda da demişdim ki, bir ölkənin milli komandasında bu qədər əcnəbi oynamamalıdır. Ümumiyyətlə, millinizdə nə qədər milliləşdirilmiş futbolçunun oynadığını mənə deyə bilərsiniz?
- Bizdə Azərbaycan pasportu daşıyan və milli formanı geyinən kifayət qədər futbolçu var. Elə vaxt olub ki, “18-lik”də 7-8 əcnəbi futbolçu yer alıb.
- Buyurun. Bax, bu qəbuledilməzdir. Türkiyədə cəmi bir milliləşdirilmiş futbolçu milli komandanın formasını geyinir ki, o da bunun üçün beş il Türkiyədə yaşamalı oldu. Sizdə də Azərbaycan millisinin formasını geyinən əcnəbi minimum beş il orada yaşamalıdır. Yoxsa, sizdə əcnəbi bu gün gəlir, sabah Azərbaycan pasportu verib onu milli komandaya cəlb edirlər. Yenə həmin futbolçu gənc, perspektivli olsa, başqa məsələydi. 30-a yaxın yaşı olan əcnəbi Azərbaycan millisinə hansı xeyri verə bilər?
- Bəs, Berti Foqtsun fəaliyyətini necə qiymətləndirərdiniz?
- Foqts dünya səviyyəli mütəxəssidir, ona çox böyük hörmətim var, kifayət qədər təcrübəli, səviyyəli məşqçidir. Almaniya kimi milli komandanın baş məşqçisi olub və həmin komandaya Avropa çempionluğunu qazandırıb. Amma yenə deyirəm, o, gərək Azərbaycan millisində yerli futbolçuları oynatsın. Təbii, legioner limitinin olmaması da burada önəmli rol oynayır. Amma yenə də Azərbaycan millisində yerli futbolçular oynamalıdır. Bilirəm ki, sizin ölkədə kifayət qədər istedadlı futbolçu var. Orada olanda sizin U-21 millinizin də oyununu izlədim və yaxşı, istedadlı oyunçuları gördüm. Ümumiyyətlə, hər bir ölkədə istedadlı uşaqlar var. Sadəcə, onları axtarıb üzə çıxarmaq lazımdır.
- Belə başa düşdüm ki, Foqtsun millidə qalıb fəaliyyətini davam etdirməsinin tərəfdarısınız?
- Təkcə Foqts yox, kim olur olsun, əgər onu milli komandanın başına gətiriblərsə, ən azı 3-4 il vaxt verilməlidir ki, həmin məşqçi öz ideyalarını həyata keçirib Azərbaycan futbolunun inkişafına töhfə verə bilsin.
- Türkiyə millisi haqqında da soruşmaq istərdik. Komandanızın dünya çempionatının final mərhələsinə yollanmaq şanslarını necə görürsünüz?
- Hazırkı Türkiyə millisində çox səviyyəli və güclü futbolçular forma geyinir. Bu isə Fatih Terim üçün böyük üstünlük sayılır. Bu milli komanda, bu futbolçular dünya çempionatına getməyə layiqdirlər. Amma onu da etiraf edək ki, hər şey şansa bağlıdır. Biz son oyunlarımızı qalib gəlməklə bərabər Bosinya və Hersoqovinanın da uğursuz çıxış etməsini arzulamalıyıq. Məsələn, ən azı onu istəyirik ki, bosniyalılar Estoniya matçında xal itirsinlər. Amma bir məsələ də var ki, onlar da heç vaxt bu cür tarixi şansı əldən buraxmaq istəməzlər. Vəziyyət çox çətindir, amma, ümidlərimizi üzmürük.
- Sonda. Sabiq klubunuz “Qalatasaray” sabah Avropa liqasının ilk qrup oyunu çərçivəsində Yunanıstanın “Panatinaikos” komandası ilə üz-üzə gələcək. Bu oyun haqda nə düşünürsünüz?
- Məncə, hər iki komandanın bu qrupdan çıxmaq şansları var və mən onları favorit görürəm. Təbii, “Panatinaikos” çox güclü komandadır və onlara qarşı oynamaq çətin olacaq. Amma “Qalatasaray” da zəif heyətə malik deyil. Hələ orada işlədiyim dönəmdə təklif etdiyim ideyalar həyata keçirilib və komanda xeyli gücləndirilib. Ən sevindirici hal isə odur ki, oyun öncəsi komandada zədəli futbolçu yoxdur. Sərvət Çətin yaxşı formadadır. Arda Turanı həmişə böyük istedad saymışam və həmişə təklif eləmişəm ki, “Qalıatasaray”ın kapitanı olsun. Yeni futbolçulardan Keyta çox uğurlu transferdir. Bir sözlə, sabiq klubum hazırda əla formadadır. Baş məşqiyə gəlincə, Raykaardın səviyyəsi hamıya məlumdur. O, futbolçu kimi də dahi olub, məşqçi kimi də özünü təsdiq edib. Elə “Barselona” kimi komandaya İspaniya çempionluğunu və Çempionlar Liqasını qazandırmasını xatırlatmaq kifayətdir. Şəxsən mən, “Panatinaikos”la sabahkı qarşılaşmanın nəticəsindən asılı olmayaraq, “Qalatasaray”ın bu qrupdan çıxacağına şübhə etmirəm.
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu