Bu milli komandada cəmi iki peşəkar oyunçu var

Bu milli komandada cəmi iki peşəkar oyunçu var
XƏBƏR 8 Sentyabr 2014 / 22:44 6512
-  A +

"Avro-2016"nın seçmə mərhələsinin iştirakçısı Cəbəli-Tariq millisində cəmi iki şəxs peşəkar futbolçudur.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Cəbəli-Tariq televiziya kanalı Polşa ilə matçda əsas heyətdə yer alan futbolçuların əsil peşələrini  açıqlayıb. Həmin şəxslərdən cəmi ikisinin - Visemen və Valkerin peşəkar futbolla məşgul olduğu bildirilib. Digər şəxslər isə müxtəlif peşə sahibləridir. Heyətdə yer alan oyunçular arasında polis, satıcı, gömrük işçisi, akademiya direktoru var.

Qeyd edək ki,  Cəbəli-Tariq - Polşa matçı ikincilərin 7:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər