"Mançester Siti"də ciddi itki

"Mançester Siti"də ciddi itki
XƏBƏR 8 Sentyabr 2014 / 18:41 3628
-  A +

Monteneqro millisi və "Mançester Siti" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Stefan Yovetiç yığmanın son məşqində zədələnib.

Lakin gənc futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. "Avro-2016"nın seçmə mərhələsində Moldovaya qarşı oynaya bilməyəcək Yovetiç artıq Mançester şəhərinə qayıdıb. 24 yaşlı futbolçunun Premyer Liqanın növbəti turu çərçivəsində "Arsenal"la görüşdə də iştirak etməyəcəyi iddia olunur.

Qeyd edək ki, Yovetiç 2013-cü ildə "Fiorentina"dan "Mançester Siti"yə transfer edilib.


Son xəbərlər