"Artıq qələbə qazanmaq vaxtıdır"

"Artıq qələbə qazanmaq vaxtıdır"
XƏBƏR 8 Sentyabr 2014 / 16:21 3552
-  A +

"Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının müdafiəçisi Nikolay Bodurov sabahkı oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Bakıda qələbə qazanmaq istədiklərini bildirib:

"İvelin Popovun yoxluğunda kapitanın kim olacağı önəmli deyil. Əsas komandanın bu oyunda qələbə qazanmasıdır. Təbii ki, kapitanlıq sarğısını daşımaq hər bir futbolçu üçün böyük şərəfdir. Bakıda qalib gəlmək istəyirik. Artıq qələbə qazanmaq vaxtıdır".

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.  


Son xəbərlər