Qurban Qurbanov əvəzedici heyətdən oyunçular gətirdi

Qurban Qurbanov əvəzedici heyətdən oyunçular gətirdi
XƏBƏR 8 Sentyabr 2014 / 12:11 5570
-  A +

Azərbaycan  Premyer Liqasının V turunda AZAL-ın qonağı olacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda günə bir məşqlə kifayətlənir. Ağdam təmsilçisi milli komandaların oyunları səbəbindən tam heyətlə çalışa bilmir. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov əvəzedici heyətdən də bir neçə futbolçunu əsas heyətdə məşqlərə çağırıb. Elçin İsmayılov, Seymur Abdullayev, Elnur Mustafayev, Elçin Rəhimli, Fuad Məmmədzadə əvəzedici heyətdən  əsas komandaya dəvət edilib. Komanda ümumlikdə 15-16 futbolçunun iştirakı ilə məşqlərini davam etdirir.

Daha çox


Son xəbərlər