"Real" "Bavariya"dan bir addım öndədir" - Toni Kross

"Real" "Bavariya"dan bir addım öndədir" - Toni Kross
XƏBƏR 7 Sentyabr 2014 / 14:20 4734
-  A +

“Bavariya”dan Madrid “Real”ına transfer olunan Toni Kroos yeni klubu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, “Bild” qəzetinə açıqlama verən gənc yarımmüdafiəçi sabiq komandası ilə müqayisədə “Real”ı daha üstün hesab edib:

“Dünyanın iki böyük klubundan bəhs edirik. Məncə, “Real” bir addım öndədir və dünyanın ən böyük klubudur. Təsəvvür edin ki, "Rea"la müqavilə imzaladığım mərasimə 20 min azarkeş gəldi. Bu, Almaniyada ola bilməz”.

Almaniyalı futbolçu “Bavariya”dan ayrılma səbəbindən də danışıb:  “Bavariya”dan gedişimdə baş məşqçi Qvardiolanın rolu olmayıb. O, həmişə mənə kömək edib. Daha xoşbəxt olmaq və uğur qazanmaq üçün bura gəldim”.

Son xəbərlər