Futbol üzrə Topaz Premyer Liqasında "Neftçi" və "Qarabağ"ın III turdan təxirə salınan səfər oyunları düz 6 ay sonra keçiriləcək.
Qol.Az-ın sportnet.az saytına istinadən yaydığı xəbərə görə, bu barədə Peşəkar Futbol Liqasında (PFL) klub nümayəndələri ilə keçirilmiş görüşdə razılıq əldə olunub.
Qərara alınıb ki, AZAL - "Neftçi" və "Araz Naxçıvan" - "Qarabağ" qarşılaşmaları 2015-ci il fevralın 24-də oynanılsın. Xəbəri "Neftçi"nin baş məşqçisi Arif Əsədov da təsdiqləyib. 44 yaşlı mütəxəssis bildirib ki, matçların belə gec tarixə salınmasına "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunları səbəb olub. Digər 3 klubun da razılığına əsasən, təxirə salınmış görüşlər gələn ilə keçirilib.
Qeyd edək ki, "Araz Naxçıvan" - "Qarabağ" matçı avqustun 24-də, AZAL - "Neftçi" matçı isə avqustun 25-də baş tutmalı idi. Lakin Ağdam komandası Avropa Liqasında Hollandiya "Tvente"si ilə "pley-off" mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq istədiyini bildirərək, "Araz Naxçıvan"la oyunun təxirə salınmasına nail olub. PFL nəinki bu oyunu, hətta AZAL - "Neftçi" görüşünü iki klubun razılıq məktubu olmadan ertələyib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi