Azərbaycan - Bolqarıstan matçının hakimləri bəlli oldu

Azərbaycan - Bolqarıstan matçının hakimləri bəlli oldu
XƏBƏR 5 Sentyabr 2014 / 17:20 4815
-  A +

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan - Bolqarıstan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin oyunu İsraildən olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Alon Yefetə Danni Krasikov və David Elias Bitton köməklik edəcəklər. Nissan Davidi isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan görüşü saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun