"Torres kaş ki, "Milan"ı yox..." - Mourinyo

"Torres kaş ki, "Milan"ı yox..." - Mourinyo
XƏBƏR 5 Sentyabr 2014 / 01:23 6310
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Milan"a transfer olunan Fernando Torres haqda danışıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Torresin onun sabiq komandası "İnter"ə transfer olunmasını arzuladığını bildirib:

"Mən bir "İnter" azarkeşiyəm. Torres kaş ki, "Milan"ı yox, "İnter"i seçərdi. O, yaxşı insandır və peşəkar futbolçudur. Buna şübhəm yoxdur. Ancaq bu dəyişikliyə ehtiyacı var idi".

Qeyd edək ki, Dieqo Kostanın "Çelsi"yə keçidindən sonra əsas heyətdən kənarda qalan Torres İtaliyanın "Milan" klubuna transfer olunub.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə