Messi "Atletik"ə qarşı oynaya biləcəkmi?

Messi "Atletik"ə qarşı oynaya biləcəkmi?
XƏBƏR 5 Sentyabr 2014 / 00:30 3893
-  A +

İspaniya La Liqasının son turunda "Vilyareal"la görüşdə (1:0) zədələnən "Barselona" klubunun futbolçusu Lionel Messi ötən gün tibbi müayinədən keçib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın həkimləri argentinalı futbolçunun durumunda irəliləyişin olduğunu və onun tezliklə yaşıl meydanlara qayıda biləcəyini söyləyiblər.

Lakin qasıq nahiyyəsindən zədələnən futbolçunun La Liqanın növbəti turu çərçivəsində "Atletik" (Bilbao) klubu ilə oyunda forma geyinməyəcəyi bildirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner