Almaniya millisində itkilər

Almaniya millisində itkilər
XƏBƏR 4 Sentyabr 2014 / 18:04 3251
-  A +

"Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Şotlandiya millisini qəbul edəcək Almaniya yığması qarşıdakı oyuna ciddi itkilərlə çıxacaq.

Qol.Az-ın Almaniya mətbuatının rəsmi saytına istinadən verdiyi məlumata görə, Julian Draksler, Məsut Özil və Mats Hummels zədə səbəbindən Şotlandiyaya qarşı forma geyinə bilməyəcəklər.

Hər üç futbolçu yığmanın heyətindən kənarlaşdırılıb. Bundestimin baş məşqçisi Yoahim Löv adı çəkilən futbolçuların yoxluğunda "Şalke"nin yarımmüdafiəçisi Sindzi Semaya dəvət göndərib.

Qeyd edək ki, Almaniya - Şotlandiya oyunu sentyabrın 7-də, Dortmund şəhərində keçiriləcək.

 


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə