“Neftçi” rəhbərliyində yeni təyinatlar oldu

“Neftçi” rəhbərliyində yeni təyinatlar oldu
XƏBƏR 4 Sentyabr 2014 / 13:49 5921
-  A +

Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.

Qol.Az-ın xəbərinə görə, iclasda klubun rəhbərliyinə təyinatlarla bağlı qərarlar verilib. “Neftçi”nin saytı yazıb ki, klubun vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılıb.

Elnur Şükürov (Elnur Əşrəfoğlu) isə klub prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu qərarla indiyədək klubda vitse-prezident olan Tahir Süleymanovun “Neftçi”dəki işinə rəsmən nöqtə qoyulub.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə