"Azərbaycanla oyunda qələbəyə layiq idik"

"Azərbaycanla oyunda qələbəyə layiq idik"
XƏBƏR 4 Sentyabr 2014 / 02:53 2606
-  A +

"Bu oyunda qələbəyə layiq idik. Rəqibi bütün komponentlərdə üstələdik. Ancaq əminəm ki, yığmamız daha yaxşı oynaya bilər".

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev yığmamızla yoldaşlıq görüşündən sonra deyib.

Ölkəsinin mətbuatına danışan təcrübəli futbolçu bu görüşdə azarkeşlərin az olmasından gileylənib: "Bu görüşdə yeganə xoşagəlməyən cəhət azarkeşlərin azlığı idi. Rusiya millisi boş tribunlar önündə deyil, azarkeşlərlə dolu stadionda oynamalıdır. Bununla belə, "Ximki Arena"sına gələrək bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun