“Standard” komandasının təsisçisi Kamil Məmmədovun Qol.Az saytına müsahibəsi
- “Standard”ın birinci dövrədəki çıxışlarını necə qiymətləndirərdiniz?
- Məncə, daha artığına layiq idik. Biz ilk turlardan yaxşı başladıq. Amma sonradan işlərimiz alınmadı. Buna görə də xal itgisinə məruz qaldıq.
- Bunun səbəblərini nədə görürsünüz?
- Nə bilim? Görünür futbolçularımızda arxayınlıq yaranıb.
- Birinci dövrədə zəif çıxış edən futbolçuları komandadan uzaqlaşdıracaqsınız?
- Əlbətdə. Baş məşqçi Kaxaber Sxadadze hansı futbolçunun adını gedənlər siyahısına yazsa, deməli, rəhbərlik də onların “Standard”da olmasının əleyhinədir.
- Klubu tərk edəcək futbolçular kimlərdir?
- Adlarını hələ deyə bilmərəm. Hər halda komandadan uzaqlaşanda mətbuata açıqlayacağıq.
- İkinci dövrə üçün hansı planları cızmısınız?
- Bizim istəyimiz ilk 5-lik də yer almaqdadır. İkinci dövrədən bu uğur üçün tər tökəcəyik. Bunun üçün komandaya yeni futbolçular cəlb olunacaq.
- Hazırda hansı oyunçularla danışıq aparılır?
- Adlarını demək düzgün sayılmaz. Amma hər ölkədən var.
- Ölkələrin adlarını demək mümkündürmü?
- Braziliyadan və Argentinadandırlar.
- Komandanıza hansı mövqedə çıxış edən futbolçuya ehtiyac var?
- Əsasən hücumçuya və mərkəz yarımmüdafiəçisinə ehtiyac duyulur.
- Əcnəbilər nə vaxt komandanın məşqlərinə qatılacaq?
- İnşallah, yanvar ayına kimi komandamıza baxışa dəvət olmuş xarici oyunçular Bakıda olacaqlar.
- “Standard”ın hazırlıq planı necə olacaq?
- Yanvarın 5-də “Neftçi”nin köhnə bazasında toplaşacağıq. Təlim-məşqin ikinci mərhələsini ölkədən kənarda keçəcəyik.
- Konkret ad çəkə bilərsiniz?
- Bəli, yanvarın 22-də Türkiyənin Antalya şəhərinə gedəcəyik. Komandamıza gələn əcnəbi futbolçuların bir qismi də Antalyadakı toplanışda heyətə qatılacaq.
- Baş məşqçi Kaxaber Sxadadzenin komandada gördüyü işlər sizi razı salır?
- Bəli. Sxadadze əlindən gələni edir ki, “Standard” uğur qazansın.
- Bu vaxta kimi gürcü çalışdırıcını istefaya göndərmək fikrində olmusunuzmu?
- Yox. Bu fikirdə olmamışam və olmaq da fikrimiz yoxdur. Sxadadzenin fəaliyyəti bizi qane edir.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu