Xaqani Məmmədovun hakimlərindən daha bir narazılıq

Xaqani Məmmədovun hakimlərindən daha bir narazılıq
XƏBƏR 1 Sentyabr 2014 / 16:27 2531
-  A +

“Bakı” klubu dünən “Qarabağ”a qarşı keçirilən matçın baş hakimi Ramil Diniyevin idarəçiliyindən narazı qalıb.

Bu haqda “Bakı”nın katibi Zəka İbrahimov açıqlama verib: “Oyun ərzində Ramil Diniyevin qəbul etdiyi bəzi qərarlar səhv idi. Xüsusən də qapımıza təyin olunan penalti epizodu. Orada hər hansı bir penaltidən söhbət gedə bilməz. Oyunun icmalına baxdıqda da bu, açıq-aşkar görünür. Burada penaltilik bir şey yoxdu. Odur ki, PFL-ə bu haqda etirazımızı bildirəcəyik. Qoy, ölçü götürsünlər” (futbolxeber.az).


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq