Millimizlə oyunöncəsi Rusiya yığmasının heyətində dəyişiklik

Millimizlə oyunöncəsi Rusiya yığmasının heyətində dəyişiklik
XƏBƏR 1 Sentyabr 2014 / 12:45 2756
-  A +

Sentyabrın 3-də millimizlə yoldaşlıq görüşü keçirəcək Rusiya yığmasının heyətində dəyişiklik edilib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Dinamo"nun futbolçusu İqor Denisovun yerinə "Krasnodar" klubunun Yuri Qazinski yığmaya dəvət alıb.

Rusiya Premyer Liqasının 6-cı turu çərçivəsində "Krasnodar"la oyunda zədələnən İ.Denisov Rusiya millisinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 3-də millimizlə yoxlama görüşündə qüvvəsini sınayacaq Rusiya yığması 5 gün sonra "Avro-2016"nın seçmə mərhələsinin ilk matçında Lixtenşteynlə qarşılaşacaq.


Son xəbərlər
15.03.26  15:21

Mahir Emreli ehtiyatda

14.03.26  21:41

Qavi geri dönür

topaz banner