“Neftçi” – “Partizan” matçının sonuna dəqiqələr qalıb. Ernest Nfor var qüvvəsi ilə topa tərəf şığıyır və hava mübarizəsindən sonra yerə yıxılır. Həmin anda afrikalı hücumçuya yazığım gəldi. Qazona oturan Nforun yerindən qalxmağa heyi qalmamışdı. Çünki futbolçu tamamilə tükənmişdi. Düzdür, çoxları Ernestin səviyyəli hücumçu olmadığını iddia edə bilər. Amma komandanın əsas heyətində yer alıb və hər top uğrunda mübarizə aparırsa, onu qınamağa dəyməz. Bu hadisədən cəmi iki dəqiqə sonra isə forvard qırmızı vərəqə ilə meydandan qovuldu.
Futbol oynayanlar yaxşı bilir ki, tükənən futbolçunun iki yolu qalır: ya əvəz olunmalı, ya da mübarizələrdə məğlub olduğu üçün kobudluğa əl atıb meydanı vaxtından əvvəl tərk etməlidi.
Mən heç Nforun bilərəkdən qırmızı vərəqə aldığını da demirəm. Sadəcə, həmin vəziyyətdə futbolçu şüuraltı etdiyi hərəkətlərin fərqinə varmır. Fiziki cəhətdən tükənən insanın beyninə lazımınca siqnallar getmədiyindən, o, istənilən addımı atmağa məhkumdu.
“Neftçi”nin baş məşqçisinin işinə qarışmaq mənim səlahiyyətimdə deyil. Ümumiyyətlə, sosial şəbəkələrdə futbol mütəxəssislərinə taktiki məsləhətlər, göstərişlər verən həmkarlarım və azarkeşlərlə eyni fikirdə deyiləm. Çünki komandanın hazırlığına məsul şəxs məşqçidir və heyətdəki futbolçuların hansı vəziyyətdə olduğunu ondan yaxşı bilən yoxdur. Bununla belə, “Koper”, “Çixura” və “Partizan” matçları “Neftçi”nin fiziki cəhətdən “axsadığını” ortaya qoymuşdu. Böyükağa Hacıyev hər nə qədər fiziki məşqlər üzrə mütəxəssisdən imtina etsə də, çatışmazlıqlar açıq-aşkar özünü büruzə verirdi. Hələ Tbilisidə 3:2 hesabı ilə öndə ikən, “Neftçi”nin mərhələ adlayacağına inamım yox idi. Çünki komanda meydanda sürünürdü.
Bəs, Serbiyadakı 2:0 hesablı üstünlüyü qorunmamasını kimin və ya nəyin ayağına yazaq?
Bir çox ilklərə imza atan “Neftçi” növbəti tarix yazmaq şansını qaçırdı. Uğursuzluqdan sonra çoxlarını günahkar çıxarmaq olar. İstefalar üzrə rekordçu Tahir Süleymanovu, özündənrazı Böyükağa Hacıyevi və başqalarını. Unutmaq lazım deyil ki, klub üzvləri bütün açıqlamalarında yalnız Sadıq Sadıqova mədhiyyə söyləyirlər. Deməli, uğursuzluğun baş memarı klub prezidentidir. Üç il ardıcıl çempionluğa baxmayaraq, artıq komandada idarəetmənin istənilən səviyyədə olmadığı aşkar görünür. Elə “Partizan”la görüşdə üç futbolçunun qırmızı vərəqə almasını qeyd etmək kifayətdir. Deməli, ötən mövsüm Lənkəranda komandanın 4 futbolçunun meydandan qovulması əsassız deyimiş. Zaman ötür, “Neftçi”dəki problemlər azalmaq əvəzinə, çoxalır. Nizam-intizam yox səviyyəsində olmayan komandadan böyük uğurlar gözləməyin yeri yoxdur. Ayılın, cənablar.
Kamal RZA,
korner.az
P.S. Uşaq vaxtı hətta ağ-qara futbol toplarına “Neftçi topu”deyərdik. Çünki “Neftçi” illərin futbol markasıdır. Kimliyindən asılı olmayaraq, klub rəhbərliyindən bu markanı zirvədə saxlamaq tələb olunur, daha oyuncaq kluba çevirmək yox…
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi