Ronaldonu "Qalatasaray"ın futbolçusu əvəzlədi

Ronaldonu "Qalatasaray"ın futbolçusu əvəzlədi
XƏBƏR 30 Avqust 2014 / 13:40 7334
-  A +

Kriştiano Ronaldo Portuqaliya millisinə çağırılmayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Avro-2016"nın qrup mərhələsində Albaniya qarşı oyun üçün 24 nəfərlik heyətdə yer almayıb.

Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu Ronaldonun qarşıdakı matça tam hazır olmadığını düşündüyü üçün bu addımı atıb.

Qeyd edək ki, Ronaldonun əvəzinə milliyə ilk dəfə "Qalatasaray"ın futbolçusu Brumanı çağırılıb.


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner