"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki üç rəqibi - "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent Etyen" (Fransa) klublarını yaxından tanıyaq.
Qol.Az-ın məlumatına görə, ilk öncə Avropa nəhəngi "İnter" klubundan başlayaq.
Bu komandanın əsası 1908-ci il martın 9-da qoyulub. Milan şəhərini təmsil edən klub həm İtaliyanın, həm də Avropanın titullu komandalarındandır. Tarixi ərzində 18 dəfə A Seriyasını, 7 dəfə ölkə kubokunu və 5 dəfə superkuboku qazanan "İnter" Avropada da uğurlu çıxışı ilə diqqət çəkir. Üç dəfə Çempionlar Liqasının və eyni sayda Avropa Liqasının qalibi olan "İnter" 2010-cu ildə klublararası dünya kubokunu da muzeyinə aparıb.
Ev oyunlarını "Cüzeppe Meazza" stadionunda keçirən komanda əsasən tünd göy və qara rəngli formalardan istifadə edir. "Milan" klubunun da ev oyunlarını keçirdiyi stadion 80 min tamaşaçı tutumuna malikdir. Klubun prezidenti Erik Tohir, baş məşqçisi isə Valter Mazzaridir.
Ötən mövsümü 5-ci pillədə başa vuran "İnter" iki il öncə Bakıya gəlib. 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinin oyunu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olan Milan təmsilçisi 3:1 hesablı qələbəyə sevinmişdi.
"Dnepr": Ukraynanın Dnepropetrovsk şəhərini təmsil edən bu klub 1918-ci ildə yaranıb. Komandanın adı şəhərdən axan "Dnepr" çayından götürülüb. Ümumiyyətlə Ukraynada basketbol və digər idman klublarına məhz "Dnepr" adı verilib. Daha öncə müxtəlif adlarla çıxış edən 96 yaşlı klub 1961-ci ildən "Dnepr" adlanmağa başlayıb. Komandanın ev oyunlarını qəbul etdiyi "Dnepr Arena" stadionu 31 min tamaşaçı tutumuna malikdir. Komanda əsasən göy-ağ rəngli formalardan istifadə edir. Klubun prezidenti İhor Kolomoyski, baş məşqçisi isə Muron Markeviçdir.
Keçmiş SSRİ dövründə iki dəfə (1983, 1988) ölkə çempionatının və bir dəfə (1989) ölkə kubokunun qızıl medallarına yiyələnən "Dnepr" klubunun Avropadakı çıxışı uğurlu alınmayıb. Komanda yalnız 2006-cı ildə keçmiş UEFA İntertoto kubokunun gümüş medallarını qazanıb. Ötən mövsüm Ukrayna Premyer Liqasını ikinci pillədə başa vuran Dnepr təmsilçisi 2014/2015 mövsümündə mübarizəyə Çempionlar Liqasında başlayıb. Lakin III təsnifat mərhələsində "Kopenhagen"ə (Danimarka) uduzan (0:0, 0:2) komanda Avropa Liqasının pley-off mərhələsində "Hayduk" (Xorvatiya) klubunu üstələyərək (2:1, 0:0) qrup mərhələsində oynamaq hüququ qazanıb. Maraq üçün qeyd edək ki, "Dnepr" klubu daha öncə Azərbaycanın heç bir klubu ilə qarşılaşmayıb.
"Sent Etyen": Yeni mövsümə uğurlu start verən "Sent Etyen" Fransanın köklü klublarındandır. Əsası 1919-cu ildə qoyulan komandanı hazırda Kristo Qaltye çalışdırır. Klubun prezidenti isə Bernar Kayazzodur. "Sent Etyen" klubu ev oyunlarını "Joffrua Qişar" stadionunda keçirir ki, bu arena 40 min tamaşaçı tutumuna malikdir. Komanda doğma meydanda ağ-yaşıl, səfər görüşlərində isə qara-yaşıl rəngli formalardan istifadə edir.
"Sent Etyen"in yerli çempionatda uğurlarına gəlincə komanda 10 dəfə (1957, 1964, 1967, 1968, 1969, 1970, 1974, 1975, 1976, 1981) Fransa Yüksək Liqasının qalibi olub. Altı dəfə ölkə kubokuna yiyələnən 95 yaşlı klub 5 dəfə ölkə superkubokunu başıüzərinə qaldırıb. Lakin komanda Avropa yarışlarında uğur əldə edə bilməyib. "Sent Etyen" yalnız 1976-cı ildə Çempionlar kubokunun gümüş medalına sahib çıxıb. Ötən mövsümü 4-cü pillədə başa vuran Fransa təmsilçisi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Karabükspor" klubunu penaltilər seriyasında üstələməyi bacarıb - 4:3. Qrup mərhələsində "Qarabağ"a rəqib olan "Sent Etyen"in bu görüşlərdə necə təsir bağışlayacağı maraq doğrurur. Onu da qeyd edək ki, Ukraynanın "Dnepr" klubu kimi "Sent Etyen" də daha öncə avrokuboklarda Azərbaycanın heç bir komandası ilə qarşılaşmayıb.
Qeyd edək ki, "Sent Etyen" klubu Avropa Liqasının qrup mərhələsində ilk matçını məhz sentyabrın 18-də, Bakıda "Qarabağ"a qarşı keçirəcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi