Kaqava "Valensiya"nın təklifini rədd etdi

Kaqava "Valensiya"nın təklifini rədd etdi
XƏBƏR 29 Avqust 2014 / 15:52 2639
-  A +

"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Sindzi Kaqava "Valensiya" klubunun təklifini rədd edib.

Qol.Az-ın "Super Deporte"yə istinadən verdiyi məlumata görə, yaponiyalı futbolçu "yarasalar"ın heyətində oynamaq istəmədiyini açıqlayıb.

25 yaşlı futbolçunun sabiq komandası "Borussiya" (Dortmund) klubuna qayıdacağı iddia olunur. Lakin hələlik Dortmund təmsilçisi Kaqavaya rəsmi təklif göndərməyib.

Qeyd edək ki, Kaqava 2012-ci ildə "Borussiya" (Dortmund) klubundan "Mançester Yunayted"ə transfer olunub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner