“Şuşa”dan “Qarabağ”a təbrik

“Şuşa”dan “Qarabağ”a təbrik
XƏBƏR 29 Avqust 2014 / 14:40 3904
-  A +

“Şuşa” Futbol Klubu “Qarabağ” komandasını Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.

Bu haqda Qol.Az saytına klubun baş direktoru Azəri Hüseynov məlumat verib.

“Şuşa” klubunun kollektivi “Qarabağ”ın tarixi qələbəsinə görə çox sevinir. “Qarabağ” klubunun Avroliqanın qrupundakı çıxışı Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bütün dünyaya bir daha sübut edəcək. Biz “Qarabağ”ın rəhbərliyini, məşqçi heyəti və futbolçuları səmimi qəlbdən təbrik edir, onların uğurlu çıxışını qrup mərhələsində də davam etdirəcəyinə inanırıq” – deyə A.Hüseynov bildirib.


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır