"Təxribata uymayın!" - "Neftçi"dən müraciət

"Təxribata uymayın!" - "Neftçi"dən müraciət
XƏBƏR 28 Avqust 2014 / 17:05 3126
-  A +

"Neftçi" klubu bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Partizan”la keçirəcəkləri oyun öncəsi azarkeşlərə müraciət edib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" azarkeşlərdən baş verə biləcək hər hansı təxribata uymamağı xahiş edib.

Xatırladırıq ki, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Çixura” (Gürcüstan) matçında (0:0) qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və klubun birgə əməyi və səyi nəticəsində alınıb.

UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” - “Neftçi” oyunundan (3:2) sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandanı sona qədər dəstəkləsinlər.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner