Bu mövsümə “Simurq” məğlubiyyəti ilə başlayan “Bakı”nın baş meneceri Zeynal Məmmədov Qol.Az saytına verdiyi müsahibədə son vaxtlar komandanın adı ətrafında dolaşan bəzi xoşagəlməz söhbətlərə münasibət bildirib.
- Zeynal müəllim, “Bakı” mövsümə məğlubiyyətlə başladı. Sizcə, niyə belə alındı?
- Bu futboldur. Udmaq da olar, uduzmaq da. “Simurq” da zəif komanda deyil. Ümumiyyətlə, bu çempionat əvvəllkilərdən fərqlənəcək. Çünki Premyer Liqada artıq zəif komanda yoxdur və hamı bir-birindən xal alacaq gücə malikdir. Odur ki, bu cür sürprizlər hələ çox olacaq və ona hazır olmaq lazımdır. Birdə ki, axı, təkcə biz uduzmadıq. “Neftçi” də uduzdu, “İnter”lə “Xəzər Lənkəran” evdə xal itirdi.
- Amma razılaşın ki, «Simurq»a məğlubiyyət planınızda yox idi.
- Əlbəttə. Biz mövsümə qələbə ilə başlamaq istəyirdik. Amma gözləmədiyimiz məğlubiyyəti aldıq.
- Yəqin aradan keçən iki gündə bunun səbəblərini araşdırmısınız. Sizcə, əsl günahkarlar kimdir?
- Futbolçular. Çünki oynamadılar. İndi deyə bilmərəm qəsdən oynamadılar, yoxsa oyunları alınmadı, hər halda, hər şeyi onların vicdanına buraxıram.
- Oyundan sonra verdiyi açıqlamada Coko Haciyevski növbəti dəfə komandaya kənar qüvvələrin təsirindən və həmin qüvvələrin daxildə anarxiya yaratmaq niyyətlərinin olmasından danışıb.
- Bu sualı mənə də veriblər. Bilirsiniz, daxildən belə şey ola bilməz, buna inanmıram. Amma xaricdən olan təsirləri istisna etmirəm. Amma bir məsələ də var ki, komanda möhkəm olanda ona heç təsir edə bilməz. Bunu gərək futbolçular da başa düşə. Mən demirəm ki, baş məşqçinin günahı yoxdur. Komanda uduzursa, deməli, baş məşqçinin də günahı var və nəyisə düzgün qurmur.
- Ortada ciddi problemin olduğu göz önündədir. Çünki “Bakı” əvvəlki oyununu oynamır. Bir aya komanda bu qədər dəyişə bilər?
- Vallah, mən də məəttəl qalmışam. Həqiqətən də, komanda 180 dərəcə dəyişib.
- Deyilənə görə, futbolçular qəsdən oynamırlar və məqsədləri Haciyevskinin istefasına nail olmaqdır.
- Yaxşı, Haciyevskini düşünmürlər, bizi fikirləşsinlər də. Hafiz müəllimi (klubun prezidenti Hafiz Məmmədov - red.) fikirləşsinlər, məni fikirləşsinlər. Haciyevskini istəmirlərsə və onun rəhbərliyi altında çıxış etmək fikirləri yoxdusa, gəlib, bunu bizə desinlər də. Meydançaya çıxıb bilərəkdən oynamamaq kişilikdən deyil, axı. Şəxsən mən buna inanmaq istəmirəm. Peşəkar futbolçu ən azı öz imici üçün belə çirkin işlərə əl atmamalıdır.
- Komandanızın məğlubiyyətində əsas səbəb kimi “Simurq”un kollektiv, “Bakı”nın isə fərdi oyunu göstərilir. Oyuna baxanda da aşkar görünürdü ki, Muciri və Jaba başda olmaqla əksər futbolçular komanda üçün yox, özləri üçün oynayırdılar.
- Bəli, tamamilə razıyam. “Bakı”nın əvvəlki komanda oyunundan əsər-əlamət yox idi. Hamı öz bildiyini oynayırdı. Sanki özbaşınalıq idi.
- Deyilənə görə, qarşılaşmadan sonra Haciyevski istefa versə də, rəhbərlik bunu qəbul etməyib...
- İstefa deyəndə, yazılı surətdə bizə müraciət etmədi. Amma belə fikrə düşdü və isti-isti komandadan getməklə bağlı istəyini bildirdi. Amma sonradan bu fikrindən daşındı.
- Belə söhbətlər də gəzir ki, guya komandanın vitse-prezidenti Tunc Afşarla Haciyevski arasında ciddi problem var və türkiyəli makedoniyalının komandadan getməsinə çalışır. Əvəzində isə öz həmyerlisi Ziya Doğanı komandaya gətirmək istəyir. Bu məsələyə mnasibətiniz necədir?
- Bunlar hamısı cəfəngiyatdı. Kimlər uydurur bilmirəm, amma həmin insanlar bununla ortaya mövzu atırlar, eyni zamanda komandadaxili mühiti korlamaq istəyirlər.
- Ümumiyyətlə, baş məşqçi Haciyevskinin istefası gündəmdədir?
- Bu dəqiqə konkret bir söz deyə bilmərəm. Təbii ki, uğursuzluqlar davam etsə, oturub nəsə bir şey fikirləşəcəyik.
- Növbəti oyunda təxirə salınmış tur çərçivəsində Lənkəranda“Xəzər-Lənkəran”la üz-üzə gələcəksiniz. Həmin oyundan nə gözləyirsiniz?
- Nə gözləyəcəm? Məğlubiyyət...
- Niyə?
- Bu gedişlə məğlubiyyətdən başqa bir şey haqda fikirləşə bilmirəm. Əgər futbolçular Lənkəranda da “Simurq”la görüşdəki kimi oynasalar, o zaman uğur qazanmaq mümkün olmayacaq. Yox, əgər kollektiv oyun ortaya qoysalar, onda uğur gözləməyə dəyər.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı