"AZAL yeni komanda deyil, hamı onları tanıyır. Düzdür, bu klubun indiki durumu haqda müxtəlif fikirlər səslənir. Amma biz bunlara fikir vermirik. Çünki çox yaxşı bilirik ki, AZAL istənilən komandanı büdrədə biləcək rəqibdir. Bu üzdən rəqibə hörmətlə yanaşır, qarşılaşmaya ciddi hazırlaşırıq. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, 90 dəqiqənin sonunda qalib gələn tərəf olaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov klubun rəsmi saytına açıqlamasında deyib.
R.Əmircanov çempionatın ilk 3 oyununda 6 xal toplayan “Qəbələ”nin startdakı çıxışını qiymətləndirib: “Mövsümün ilk 3 turunu dəyərləndirsək, hər şeyin yaxşılığa doğru getdiyini söyləmək olar. Çempionata məğlubiyyətlə başlasaq da, sonrakı iki qələbə göstərdi ki, oyundan-oyuna hər şey qaydasına düşür. Həm yeni gələnlər komandaya uyğunlaşır, həm də komada öz oyununu tapır”.
Üç turda ikinci qələbəsini qazanan “Qəbələ”dən fərqli olaraq, AZAL-ın “Neftçi” ilə qarşılaşması təxirə salınmışdı. Əmircanov bir turluq istirahətin rəqibə necə təsir edə biləcəyindən də danışıb: “Elə komanda var ki, onun üçün belə istirahət müsbət rol oynayır. Futbolçular yorğunluğunu atıb, daha rahat oynayır. Lakin elə də olur ki, bu, oyun praktikasının azlığı ilə nəticələnir. Buna görə də AZAL-ın ötən tur oynamamağının rəqibimizə necə təsir edəcəyini söyləmək çətindir. Hər şeyi oyun göstərəcək. Biz də çalışacağıq ki, növbəti 3 xalımızı qazanaq.
Təcrübəli müdafiəçi komanda yoldaşları Kamran Ağayev, Ruslan Abışov və Cavid Hüseynovla birlikdə Azərbaycan millisinə dəvət alıb. Yığmamızın sentyabrın 3-də Rusiya ilə yoldaşlıq, 9-da isə Bolqarıstanla seçmə mərhələ çərçivəsində keçirəcəyi oyunlarla əlaqədar ölkə çempionatında fasilə yaranacaq. R.Əmircanov da həm fasilə, həm də IV turu lider kimi başa vurmaq şanslarına da münasibət bildirib: “Bizim komandada da 4 futbolçu milliyə dəvət alıb. Fasilə dövründən təkcə “Qəbələ” deyil, bütün klublar bəhrələnəcək. Bəziləri qısa müddətə istirahətə buraxılacaq, bəziləri isə hazırlığındakı çatışmazlıqları aradan qaldıracaq. Təbii ki, fasiləyə lider kimi yollanmağımız mümkündür. Amma bu, digər komandaların oyunlarının nəticələrindən asılıdır. Biz isə başqa komandaların matçları haqda düşünmürük. Ancaq öz oyunumuzu, öz nəticəmizi düşünürük. Çalışırıq ki, komandamız yaxşı nəticə qazansın. Yalnız bundan sonra digər qarşılaşmaların necə başa çatması ilə maraqlanırıq”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında