“Neftçi” hər oyunda qol vurur" - Nikolas Kanales

“Neftçi” hər oyunda qol vurur" - Nikolas Kanales
XƏBƏR 27 Avqust 2014 / 17:54 3533
-  A +

"Məncə, əvvəlki “Partizan” daha yaxşı idi. O vaxt fərdi planda yaxşı oyunçular az deyildi. Mənə elə gəlir ki, bizi öz oyunumuz daha çox düşündürməlidir".

Qol.Az-ın məlumatına görə, bu sözləri yenidən "Neftçi"yə qayıdan Nikolas Kanales PFL-in rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la cavab qarşılaşması haqda danışan çilili futbolçu fiziki cəhətdən probleminin olmadığını bildirib: "Artıq 2 həftədir ki, məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm. Fiziki baxımından problemim yoxdur. Oyun praktikamı artırmalıyam. “Partizan”la cavab matçında hər şey özümüzdən asılıdır. Əsas məsələ qol buraxmamaqdır. Bizim qol vurmaq baxımından problemimiz yoxdur. “Neftçi” hər oyunda qol vurur".

Daha çox


Son xəbərlər