"Bu, "Partizan” üçün biabırçılıqdır" - Flavinyo

"Bu, "Partizan” üçün biabırçılıqdır" - Flavinyo
XƏBƏR 27 Avqust 2014 / 17:45 4641
-  A +

“İndiki “Partizan” daha yaxşıdır. Rəqibin oyun ritminin daha da artdığını söyləməliyəm. Rəqibin fiziki gücü yüksəkdir. Fiziki gücü yüksək olan komandaya qarşı oynamaq isə çətindir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo PFL-in rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la cavab qarşılaşması haqda danışan braziliyalı futbolçu komandasının ilk oyunda avtoqollarla sarsıldığını bildirib: "Biz 2:3 hesabı ilə uduzsaq da, şanslarımız qalır. Hər kəs deyir ki, 2 qol vurduqdan sonra arxayınlaşdıq. Amma, məncə, biz birinci qoldan sonra çaşdıq.

Bizim komandamız iki avtoqolla sarsıldı. Lakin unutmayaq ki, bizim erkən vurduğumuz iki qol “Partizan” üçün də biabırçılıqdır. Etiraf edirəm ki, səfər oyununda fərdi olaraq yaxşı oyun sərgiləmədim. Cavab oyununda daha yaxşı oyun nümayiş etdirmək istəyirəm və bunu bacaracağımı düşünürəm. Bizim komandamız cavab oyununa daha yaxşı motivasiya ilə çıxmalıdır. Çünki bizi vacib qarşılaşması gözləyir”.

Daha çox


Son xəbərlər