BATE – Borisov AvtoTraktor Elektriktəchizatı zavodu. FK BATE – eyniadlı zavodun eyniadlı komandası.
146 min (müqayisə üçün, Mingəçevirdən iki dəfə çox, Gəncədən iki dəfə az) əhalisi olan şəhərciyin 1973-cü ildə əsası qoyulan, amma faktiki 1996-da (AZAL-la eyni ildə) yaradılan zavod komandası.
Tarixində 4-CÜ DƏFƏ UEFA Çempionlar Liqasının QRUP MƏRHƏLƏSİNDƏ oynayacaq. 4-CÜ DƏFƏ!
Əvvəlki üç zəfərin səbəbkarı və banisi hesab olunan Viktor Qonçarenkonun (“Kuban”a keçdikdən sonra) gedişi ilə onun yerinə gələn və məşqçi karyerası 2008-13-cü illər aralığında yuxarıda adıçəkilən şəxsə assistentlik etməklə məhdudlaşan, futbolçu karyerasının son 10 ilini isə elə BATE-də keçirən 39 yaşlı Aleksandr Yermakoviçin rəhbərliyi altında.
Və cəmi 6,5 milyon dollarlıq büdcə ilə. Bir daha hərflə: altı milyon beş yüz min dollar. “Simurq”la təxminən eyni səviyyədə, Azərbaycanın nəhəng klublarından (bu söz birləşməsi nə qədər gülməli səslənir, deyilmi?) isə 1.5, 2, hətta 3 dəfə az.
Deməli, məsələ qonçarenkolarda, yermakoviçlərdə deyilmiş. Neft nəticə vermirmiş...
Anatoli Kapski (klub prezidenti) ÇL-dən aldığı mükafatlar hesabına (bilməyənlər üçün, təkcə qrup mərhələsinə düşənə qədər klub 10-11 milyon avro qazanır, qrupda hər qələbəyə isə 1 milyon verilir) cəmi 2 il yarıma Borisovda bax bu gözəl arenanı inşa etdirdi.

Belə müqayisələri sevmirəm, çünki ölkələr, mentalitet və iş mühiti fərqlidir, amma baxıram “Neftçi”yə, az qala 80 illik klubun öz stadionu yox. Deməli, neft stadion da tikmirmiş. Əgər adı “Olimpiya stadionu” deyilsə.
BATE, “Dinamo” Minsk və “Şaxtyor” Soliqorsk avrokubokların (biri ÇL, digəri ikisi Avropa Liqasının) pley-off mərhələsində həlledici oyunlara hazırlaşan komandalar Belarus çempionatında avqustun 16 və 17-də matçlara çıxdı. Və bu BATE-yə ÇL-in qrup mərhələsinə düşməyə, “Dinamo”ya Portuqaliya “Nasyonal”ına ilk matçda 2:0 qalib gəlməyə, “Şaxtyor”a isə Hollandiya nəhəngi PSV ilə başabaş oynayıb cəmi 0:1 məğlub olmağa maneçilik törətmir.
Baxıram “Neftçi” ilə “Qarabağ”a. Superkubok təxirə salınır, biri Naxçıvana əvəzedici heyəti göndərir, digəri isə oyunu başqa vaxta keçirir.
Heyət, məşqçi işi, oyunçu seçimi, məşq prosesi və s. kimi darıxdırıcı futbol incəliklərinə girmirəm belə. Çünki biz apriori bu məqamlarda uduzmuş durumdayıq.
Çünki neft futbol da oynamır. Nə qədər çalışsalar da.
Uğurlar Avroliqanın pley-offunda. Əvvəlkitək həm “Neftçi”, həm də “Qarabağ”ın istər ayrı-ayrılıqda, istərsə də birlikdə qruplara qalmasını əla nəticə hesab edirəm. Amma BATE-nin bu nəticəsi ürəyə bir az narahatlığa, bir az da ümidsizliyə bənzər bir hiss salır. Və istər-istəməz ən yaxşı oyunçusu ayda 2-3 min dollar maaş alan “Ventspils”in də orada oynadığını xatırlamağa məcbur olursan.
Siz xatırlamayın!
Rüstəm ƏFSƏRLİ,
topsport.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında