"Fənərbaxça"nın portuqaliyalı futbolçusunun zədəsi ciddidir

"Fənərbaxça"nın portuqaliyalı futbolçusunun zədəsi ciddidir
XƏBƏR 26 Avqust 2014 / 20:45 2582
-  A +

"Qalatasaray"la Türkiyə Superkubok matçında zədələnən "Fənərbaxça"nın futbolçusu Bruno Alveşin durumunun ciddi olduğu müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əzələsini dartan portuqaliyalı oyunçunun müalicəsinə başlanıldığı bildirilib. Onun ən az 10 gün yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, B.Alveş 2013-cü ildən "Fənərbaxça"da oynayır.


Son xəbərlər