"Bavariya"da yeni müdafiəçi

"Bavariya"da yeni müdafiəçi
XƏBƏR 26 Avqust 2014 / 19:50 4026
-  A +

"Bavariya" növbəti transferini edib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi "Roma"da oynayan Mehdi Benatianı heyətinə cəlb edib. 27 yaşlı müdafiəçi sabah tibbi müayinədən keçəcək və beş illik müqaviləyə imza atacaq.

Bu transfer "Bavariya"ya 30 milyon avroya başa gəlib.

Qeyd edək ki, M.Benatia 2013-cü ildən "Roma"da oynayırdı.


Son xəbərlər