"Barselona"dan daha bir müqavilə

 "Barselona"dan daha bir müqavilə
XƏBƏR 26 Avqust 2014 / 18:34 3973
-  A +

"Barselona"nın yarımmüdafiəçisi Xavyer Maskerano klubu ilə müqaviləni yeniləyib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, argentinalı futbolçu 2018-ci ilə qədər Kataloniya təmsilçisinin şərəfini qoruyacaq.

Təcrübəli futbolçunun təzminat qiyməti də açıqlanıb. Maskeranonu transfer etmək istəyən komanda 100 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2010-cu ildə "Liverpul"dan "Barselona"ya transfer olunub.


Son xəbərlər