Premyer Liqaya buraxılmayan Anar Salmanova UEFA-dan təyinat

Premyer Liqaya buraxılmayan Anar Salmanova UEFA-dan təyinat
XƏBƏR 26 Avqust 2014 / 18:11 3729
-  A +

FİFA referisi Anar Salmanov yeni təyinat alıb.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində senyabrın 24-dən oktyabrın 1-dək Latviyada keçiriləcək V qrupun oyunlarında meydana çıxacaq.

Bu qrupda Ukrayna, İsveç, Yunanıstan və Latviya komandaları mübarizə aparacaq.

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun normativləri ödəyə bilmədiyi üçün A.Salmanovun bu mövsüm Premyer Liqa oyunlarına buraxılmayacağını bildirib.

Son xəbərlər