Hamı ekran başına! “Tvente” – “Qarabağ” matçı canlı yayımda

Hamı ekran başına! “Tvente” – “Qarabağ” matçı canlı yayımda
XƏBƏR 25 Avqust 2014 / 13:32 6764
-  A +

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Tvente" - "Qarabağ" cavab matçı canlı yayımlanacaq.

Qol.Az saytına bu barədə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Hollandiyada keçiriləcək qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsi birbaşa nümayiş olunacaq.
 
Görüş avqustun 28-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Artıq bu matç telekanalın proqramına da salınıb.

Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.

Daha çox


Son xəbərlər