AZAL" Peşəkar Futbol Klubu yeni müqavilə bağladığı kolumbiyalı futbolçu Con Kordovada hepatit C virusunun aşkar edilməsi haqqında yayılan məlumatlara aydınlıq gətirib.
Qol.Az-ın “Trend” agentliyinə istinadən yaydığı xəbərə görə, klubun mətbuat katibi Eldəniz Yusifov bu barədə yayılan məlumatların əsassız olduğunu bildirib.
O qeyd edib ki, AZAL klubu iyulun 16-dan 28-dək Türkiyədə təlim-məşq toplanışı keçirib: "Həmin toplanışa bir çox futbolçu, o cümlədən kolumbiyalı futbolçu Con Kordova dəvət olunmuşdu. İki oyunda baxışdan keçirildikdən sonra məşqçilər korpusu bu futbolçunu bəyəndi və müqavilə bağlamaq üçün rəhbərliyə öz rəylərini bildirdilər. Biz onların rəyi əsasında bu futbolçu ilə ilkin razılığa gəldik. Həmin vaxt ölkədən kənarda olduğumuz üçün müqavilə bağlaya bilmədik. Bakıya gələndən sonra isə, həmişə olduğu kimi, tələblərə uyğun olaraq, həmin futbolçunu tibbi müayinəyə göndərdik".
E.Yusifov deyib ki, iyulun 30-da həmin futbolçu Mərkəzi Gömrük Hospitalında və Respublika Diaqnostika Mərkəzində dərinləşdirilmiş tibbi müayinədən keçib: "Respublika Diaqnostika Mərkəzinin verdiyi rəyə əsasən, Con Kordovada hepatit C ilə bağlı ilkin olaraq şübhəli nəticələr çıxdı və bunun tam sübut olunması üçün biz onu yenidən xüsusi analiz metodu ilə tibbi müayinədən keçirdik. Təqribən bir həftədən sonra biz ikinci cavabı aldıq və cavabdan bəlli oldu ki, Con Kordovada hepatit C virusu aşkarlanmayıb və onun səhhətində idmanla məşğul olmağa maneçilik törədən heç bir əsas yoxdur".
Mətbuat katibi qeyd edib ki, həmin tibbi rəylər əsasında C.Kordova ilə müqavilə rəsimləşdirilib.
E.Yusifov vurğulayıb ki, 2005-ci ildən etibarən "AZAL" klubu güclülər dəstəsində oynayır: "Biz öz işimizi peşəkar şəkildə qurmuşuq və futbolçuları bütün peşəkar qaydalara əməl edərək transfer etmişik. AZAL klubu heç bir başqa məqsəd güdmədən, həmişə peşəkar qaydalar əsasında futbolçularla müqavilə bağlayıb, bütün prosedur qaydalara əməl edib və futbolçuların sağlamlığına xüsusi diqqət yetirib".
O, jurnalistləri bu cür məsələlərdə dəqiqliyə əməl etməyə çağırıb: "Özləri qeyri-peşəkar olan jurnalistlər peşəkar addım atan klubları ittiham etməsinlər. Biz bunu "AZAL" Peşəkar Futbol Klubuna qarşı ədalətsiz və qeyri-obyektiv mövqe kimi qiymətləndiririk. Kim bu məsələni araşdırmaq istəyirsə, biz hazırıq. Bütün tibbi sənədlər əlimizdədir və futbolçu özü də fikrini bildirə bilər".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında