Keçən ilin İyununda keçirilən Fanta Gənclik Festivalı sözün əsl mənasında sensasiya oldu. Gənclərin toplaşdığı yerlərdə: kafelərdə, istirahət parklarında, diskotekalarda, sosial şəbəkələrdə hər kəs festivaldan danışırdı. Festival zamanı çəkilən şəkillər, videolar –
Facebook, Twitter, YouTube vasitəsi ilə yayılır, like-lar toplayırdı. Fanta Gənclik Festivalı həmin günlərdə ən populyar internet trendinə çevrildi, hər kəsin Festivala olan marağını alışdırdı.
2013-cü ildə keçirilən birinci festivalın musiqili qonaqları Emre Aydın, Nikki Camal, Miri Yusif və Uran yeni nəslin ruhuna yaxın mahnılar və enerji dolu ritmlərlə əyləncəyə xüsusi çalar qatdılar. Gənclər pərəstiş etdikləri musiqiçilərə yaxın olub, onlarla doyunca əylənə bildilər. Ulduzların özləri də əyləncədən geri qalmır, gənc olmalarının dadını çıxarırdılar.
Fanta keçənilki festivalın möhtəşəm uğurunu və gənclərin istəyini nəzərə alaraq, Festivalı yenidən Bakıya gətirir. Bu ilin sentyabr ayı üçün nəzərdə tutulan Fanta Gənclik Festivalı artıq ən çox danışılan mövzulardan biridir. Lakin, Fanta həmişəki kimi gözləntiləri üstələyib, gənclərə daha da maraqlı, daha da möhtəşəm əyləncəni bəxş etməyə planlaşdırır. Builki Festivalın musiqili qonaqları hər zaman fərqli Natavan Həbibi və hamının sevimlisi Miri Yusif olacaq. Lakin, bu hələ hamısı deyil!
Yolunu çoxdandır gözlədiyiniz, xanımların sevimlisi, Türkiyənin superstarı – Kenan Doğulu Festivalın qonağı olacaq. Bu cür cəlbedici musiqili proqram, üstəlik Fanta Oyun Sahəsində onlarla attraksionlar, oyunlar və əyləncələr şübhəsiz bu günü gənclər üçün unudulmaz edəcək.
Lakin, hətta bunlar Fanta üçün yetərli deyil. Festivalın builki məkanı, 2012-ci il Eurovision musiqi müsabiqəsinin keçirildiyi məşhur Crystal Hall-dur! Bu binanın gözəlliyi, müasirliyi, işıq effektləri və yerləşdiyi məkanın özü – gənc olmanın gözəlliyini, cazibədarlığını, parlaqlığını və müasirliyini ideal şəkildə təcəssüm etdirir.
Və nəhayət, hər bir gəncin bu unudulmaz tədbirdə iştirak etməsi Fanta üçün çox vacibdir. Bu səbəbdən təşkilatçılar Festivalda iştirak qaydalarını mümkün dərəcədə asanlaşdırıblar. Fantanın bu ilki mesajı – Bu Sənin Günündür! Hər bir gənc topladığı 10 ədəd yaşıl Fanta qapağını xüsusi toplama məntəqələrinə təqdim edib, əyləncəyə pulsuz bilet əldə edə bilər. Həmçinin, gənclər tədbirə pulsuz bileti 106.3 FM radiosunda keçirilən müsabiqədə iştirak edərək və ya www.fantafestivali.com səhifəsinə öz selfie-lərini yerləşdirib, səhnədə Kenanla selfie çəkdirmək imkanını əldə edəcəklər. Tədbir və müsabiqədə iştirakla əlaqədar olaraq ətraflı məlumatları www.fantafestivali.com səhifəsindən və ya tədbirin Facebook səhifəsindən əldə etmək olar.
#buseningunundur yaz, bu gün hər kəs üçün olsun!
Yuxarı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında