“Nou-Kamp”da oyun dayandı - bir qara pişiyə görə

“Nou-Kamp”da oyun dayandı - bir qara pişiyə görə
XƏBƏR 25 Avqust 2014 / 00:16 3494
-  A +

İspaniya La Liqasında yeni mövsümün ilk turunda hazırda davam edən “Barselona” – “Elçe” matçında maraqlı hadisə baş verib.

Qol.Az-ın məlumatına görə, görüşün ilk dəqiqəsində meydançaya qara  pişik daxil olub. Buna görə də görüşün baş hakimi  oyunu iki dəqiqəyə yaxın dayandırmalı olub.

Stadion əməkdaşlarının müdaxiləsindən sonra pişiyi meydançadan kənarlaşdırmaq mümkün olub və oyun bərpa edilib.

Son xəbərlər