Anxel di Mariya üçün 80 milyon avro

Anxel di Mariya üçün 80 milyon avro
XƏBƏR 24 Avqust 2014 / 17:26 5270
-  A +

“Mançester Yunayted”in “Real”dan ayrılan Anxel di Mariya üçün ödəmək istədiyi təzminatın məbləği açıqlanıb.

Qol.Az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, “qırmızı-şeytanlar” argentinalı yarımmüdafiəmi üçün 80 milyon avro təklif edib. Bundan öncə “Real”ın “MY”dən 94 milyon avro istədiyi iddia olunurdu.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti di Mariyanın artıq “Real”ı tərk etdiyini bildirib.
 


Son xəbərlər