Bu da iki raketin "Şaxtyor"a vurduğu ziyan

Bu da iki raketin "Şaxtyor"a vurduğu ziyan
XƏBƏR 24 Avqust 2014 / 16:14 3299
-  A +

Ukraynanın Donetsk şəhərinin “Donbas-Arena” stadionuna atılan raket mərmisi nəticəsində idman arenasına dəyən ziyanın həcmi açıqlanıb.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, “Şaxtyor”un baş direktoru Sergey Palkin bildirib ki, raket mərmilərindən biri stadionun şimal-qərb hissəsinə, digəri isə enerji mərkəzinə düşüb. Nəticədə kommunikasiya xətləri, turniketlər, monitorlar, döşəmələr və elektrik naqilləri yararsız hala düşüb.

O qeyd edib ki, ilkin hesablamalara əsasən, stadiona bir milyon dollara qədər ziyan dəyib.
 
Xatırladaq ki, raket zərbələri Avropanın ən gözəl stadionlarından biri ola “Donbas Arena”ya dünən atılıb.


Son xəbərlər
15.03.26  15:21

Mahir Emreli ehtiyatda

topaz banner