Mourinyo: "Torresin getməsinə icazə vermərəm"

Mourinyo: "Torresin getməsinə icazə vermərəm"
XƏBƏR 24 Avqust 2014 / 02:11 3364
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo komandanın aparıcı hücumçusu Fernando Torresin gələcək karyerası haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Torresin komandadan ayrılmayacağını deyib.

"Torresin getməsinə icazə verməyəcəm. Üç hücumçuya ehtiyacım var. Mövsümü ancaq belə tamamlaya bilərəm" - deyə Mourinyo bildirib.

Qeyd edək ki, Dieqo Kostanın transferindən sonra "Çelsi"nin əsas heyətindən kənarda qalan Torresin yenidən "Atletiko" (Madrid) klubuna qayıdacağı iddia olunur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner