"Bu məğlubiyyətin üzərində çox dayanılmamalıdır"

"Bu məğlubiyyətin üzərində çox dayanılmamalıdır"
XƏBƏR 23 Avqust 2014 / 16:41 2891
-  A +

"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos İspaniya superkubokunda məğlub olduqları Madrid "Atletiko"su ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu "goal.com"a açıqlamasında bu məğlubiyyətin üzərin çox dayanılmamalı olduğunu bildirib:

"Atletiko"nu qələbə münasibətilə təbrik edirəm. Superkuboku qazanacağımıza ümid edirdik, ancaq alınmadı. Bununla belə, məğlubiyyətin üzərində çox dayanılmamalıdır. Gələcəyə nikbin baxırıq".

Qeyd edək ki, öz meydanında "Real"a 1:0 hesabı ilə qalib gələn "Atletiko" superkuboka sahib çıxıb.


Qarabağ FK
Son xəbərlər
27.11.26  19:14

Mourinyo Flikə qarşı

topaz banner