"Qarabağ" və "Tvente"nin prezidentləri görüşdü (FOTO)

"Qarabağ" və "Tvente"nin prezidentləri görüşdü (FOTO)
XƏBƏR 21 Avqust 2014 / 17:00 2608
-  A +

Bu gün Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Tvente" oyunöncəsi hər iki klub prezidentinin görüşü baş tutub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərləri beş ildən sonra yenidən bir araya gəliblər. 

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, "Azərsun Holdinq"in rəhbərlərindən Fevzihan Arasla "Tvente"nin prezidenti Yup Munsterman süfrə arxasına əyləşiblər. Dostluq və qardaşlıq şəraitində keçən görüş sonrası tərəflər xatirə şəkli çəkdiriblər.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner