“Qarabağ” və “Neftçi”nin oyunları canlı yayımda

“Qarabağ” və “Neftçi”nin oyunları canlı yayımda
XƏBƏR 21 Avqust 2014 / 13:24 5060
-  A +

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək “Partizan” – “Neftçi” oyunu canlı  yayımalanacaq.

Bu barədə Qol.Az-a “Neftçi” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Bakı vaxtı ilə saat 23:15-də başlayacaq görüş “İdman Azərbaycan” kanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Avropa Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Tvente” matçına da “İdman Azərbaycan” telekanalı vasitəsi ilə baxmaq olacaq. Bu görüş saat 21:00-da başlayacaq.

Son xəbərlər