"Neftçi" Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi

"Neftçi" Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi
XƏBƏR 21 Avqust 2014 / 02:25 2212
-  A +

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Partizan”la qarşılaşacaq “Neftçi” klubunun  üzvləri ötən gün Belqradın “Taş meydanı” adlanan ərazisindəki parkda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qol.Az-ın məlumatına görə, klub rəsmiləri, məşqçilər, futbolçular və onlarla birlikdə olan Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, “Partizan” - “Neftçi” oyunu Bakı vaxtı ilə sabah saat 23:15-də başlanacaq.

Son xəbərlər