"Mançester Yunayted" Argentina millisinin futbolçusunu aldı

"Mançester Yunayted" Argentina millisinin futbolçusunu aldı
XƏBƏR 20 Avqust 2014 / 14:10 3539
-  A +

"Mançester Yunayted" heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi ötən mövsüm "Sportinq"də oynayan Markos Roxonu transfer edib.

Britaniya mətbuatı bu transferin "MY"a 16 milyon funt sterlinqə başa gəldiyini yazıb.

Qeyd edək ki, M.Roxo Argentina millisinin DÇ-2014 üçün heyətinə yer alıb. O, bu turnirdə altı matçda meydana çıxıb.

Daha çox


Son xəbərlər