"İnter"in hücumçusu Baçana Sxadadze klubun rəsmi saytına müsahibəsində Premyer Liqamızın son turunda “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb, mövsümün startı barədə fikirlərini bölüşüb və digər suallara cavab verib.
-“Qarabağ”la oyun kifayət qədər gərgin alındı, amma hiss edilirdi ki, komandalara isti hava şəraiti mane olur.
- Matçın 0:0 hesabıyla başa çatmasına baxmayaraq hər iki komandanın fərqlənmək imkanları oldu. Bununla belə, heç-heçə hesabın məntiqi nəticə olması barədə deyilənlərlə də razılaşıram. İsti hava futbolçulara da təsir edirdi, axı qaynayan Günəş şüaları altında oynamaq çətindir. Bu vəziyyət komandalara özünü 100 faiz göstərmək imkanı vermədi.
-“İnter” ilk iki turda 4 xal topladı və bu nəticəylə komanda turnir cədvəlində yüksək yerdədir. Mövsümün əvvəlini “İnter” üçün necə qiymətləndirirsiniz?
-Ötən mövsümün əvvəlində etdiyimiz çıxışı xatırlasaq, o zaman indiki çıxışımızı uğurlu hesab etmək olar. Düşünürəm ki, ilk turda 4 xal kifayət qədər normal nəticədir. Əsas xal toplamağı davam etdirməkdir, axı mövsümün sonunda hər xal qızıl ola bilər.
-“İnter” kifayət qədər çox qol vurur, halbuki komandada nominal hücumçu yeganə sizsiniz. Sizin fikrinizcə, komandanın hücum xəttində güclənməsinə ehtiyac var?
-Bu suala cavab vermək mənim kompetensiyama uyğun deyil, amma mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, o zaman deyə bilərəm ki, komandanı gücləndirmək yaxşı olardı. Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdır.
-Növbəti tur “İnter” kifayət qədər gözlənilmədən turnir cədvəlinin 1-ci yerində qərarlaşan “Sumqayıt”la qarşılaşacaq. Həmin görüş haqqında nə düşünürsünüz?
-Bu rəqibə qarşı çox ciddi şəkildə hazırlaşmaq lazımdır. “Sumqayıt”ın heyətində bir sıra təcrübəli oyunçularla bərabər gənc futbolçular çıxış edirlər. Onların “Xəzər-Lənkəran”la oyunları göstərdi ki, “Sumqayıt” asanlıqla məğlub ediləsi komanda deyil. Bu komandanı qiymətləndirməmək olmaz. Bəli, bizim ambisiyalarımız var və qələbəyə nail olmaq üçün özümüzü göstərməyə çalışacağıq.
-Növbəti ayda Avro-2016 turnirində təsnifat mərhələsi başlayır. Son zamanlar sizi tez-tez Gürcüstan millisinə dəvət edirlər. Yəqin bu dəfə də sizi çağıracaqlarını gözləyirsiniz?
-Milli komandanın məşqçilər heyətinin diqqətini cəlb etmək üçün optimal formada olmağa çalışacağam. Bunun üçün mənə “İnter”ə kömək etmək və çempionatda keçirilən oyunlarda özümü göstərmək lazımdır. Əlbəttə, bütün futbolçular kimi, milli komandaya dəvəti gözləyəcəyəm.
“Şkendiya” əvvəlcə “Qarabağ”ı, sonra “pley-off”u keçməlidir…” - Şimali Makedoniyada ümidlidirlər
"Roma" səfərdə "Lans"ı məğlub etdi
"Şamaxı" növbəti transferini rəsmiləşdirdi
Ruben Amorim: "Komandamız əla formadadır"
"Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir"
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı - Şəkillər
"Qəbələ" - "İmişli" matçında 5 qol vuruldu
"Turan Tovuz" Albaniya klubuna uduzdu
"Bavariya" yoxlama oyununda "Lion"u məğlub etdi
"Fənərbaxça" Aktürkoğlunu hədəflədi
"Milan", "Borussiya" və "Ayaks" onunla maraqlanır
"Arsenal"ın sabiq qapıçısı rəsmən "Nyukasl"da
Mahir Emreli: "Məqsədimiz mövsümü ilk 3-lükdə bitirməkdir"
"Çelsi" onunla yollarını ayırmağa hazırlaşır
"Bavariya"nın bu futbolçusu gözündən zədə aldı
Dadaşovun komandasından məğlubiyyət
"Karvan" "Ayaks"ın sabiq futbolçusunu transfer etdi
Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"
"Roma" yeni futbolçu aldı
"Bavariya" yeni formasını təqdim etdi - Şəkillər
"İnter" yenə "yox" cavabı aldı
Tanınmış futbolçu 29 yaşında karyerasını başa vura bilər
"Liverpul"la razılaşdı
“Sabah” və “Araz Naxçıvan” üçün “pley-off”da potensial rəqiblər - “Böyük beşlik”dən də komandalar var
10 illik dövr başa çatdı - "Tottenhem"dən getdi
“Levski”nin rəhbəri “Sabah”dan danışdı
“Ayaks” İsrail millisinin üzvünü transfer etdi
Güləşçimiz dünya çempionatında finala yüksəlib
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi