Azərbaycan milli komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədov Almaniya - Azərbaycan oyunu və oyunsonrası yaşananlarla bağlı Qol.Az saytına müsahibə verib
- Elvin, Almaniya ilə oyunda möcüzə baş vermədi və yenə məğlub olduq. Fikirlərini bizimlə bölüşərdin.
- İlk hissəni yaxşı oynadıq. Sadəcə erkən qol buraxmağımız pis oldu. Bununla belə, yenə də rəqiblə başabaş mübarizə apardıq. Künc zərbələrinin biri zamanı hesabı bərabərləşdirə də bilərdik. Lakin alınmadı. İkinci hissədə isə Samirin aldığı «qırmızı vərəqə» bizim oyunumuzu tamam «sındırdı».
- Bəlkə elə edə bilərdik ki, vəziyyət bu həddə çatmazdı və hakim Samiri meydandan qovmazdı?
- Düzdür, o da ola bilərdi. Amma həmin qərar həlledici oldu. Qarşındakı da elə belə komanda deyildi axı. İnanırsınız, biz 10 nəfərlə qalandan sonra almanlar necə sürətlə üstümüzə gəlirdilər. Bəlkə də kənardan bunu görmək bir o qədər mümkün deyil. Amma meydançada olan şəxs kimi deyə bilərəm ki, çox çətin idi. Çox sürətlə üstümüzə gəlirdilər. 11 nəfərlə də onlara qarşı oynamaq çətin idi, qaldı ki, 10 nəfər olasan.
- Hakimlik haqda nə deyə bilərsən?
- Hakimlik çox pis səviyyədə idi. Onbirmetrlik cərimə zərbəsini verməyə bilərdi. Sizi əmin edirəm ki, əgər eyni epizod almanların qapısı qarşısında yaransaydı, hakim penalti verməyəcəkdi. Yaxşı, penalti vermisən, daha «sarı vərəqə» niyə göstərirsən? Axı, heç kim rəqib futbolçunu tutub saxlamamışdı. Sadəcə mübarizədən sonra yerə yıxılmışdı. Yaxud, Samirə «qırmızı vərəqə» göstərilməmişdən əvvəl mərkəz dairədə Ballak topa aşkar şəkildə açıq ayaqla getsə də, referi bunu görməməzliyə vurdu.
- Bəlkə hakim Ballakın nüfuzundan çəkindi?
- Bu da ola bilərdi. Yəqin yunan referinin ya almanlara simpatiyası var idi, ya da bizə antipatiyası.
- Kamran Ağayev oyunsonrası verdiyi açıqlamada deyib ki, millidə bəzi futbolçular var ki, bilərəkdən oynamırlar...
- Bu, Kamranın öz fikridir. Məncə bu, emosional vəziyyətdə deyilmiş sözlər olub.
- Bəlkə doğrudan da, milli komandada elə futbolçular var ki, bilərəkdən zəif oynayırlar?
- Qıraqdan baxan kimin qəsdən oynamadığını gözəl görür.
- Deməli, futbolçuların heç də hamısı milliyə can yandırmır...
- Bu haqda heç nə deyə bilmərəm. Daha doğrusu, başqasının yerinə cavab vermək istəmirəm. Mən öz adımdan danışa bilərəm və Allaha and olsun ki, mən canla-başla oynayıram və bütün gücümü meydanda qoyuram.
- Bilirsən bu sualı nəyə görə verdim? Deyilənə görə, almanlarla oyundan sonra Samir Abbasovdan başqa hamı deyib-gülürmüş, hamının da kefi yerində olub. Səncə, 0:4 hesabı ilə uduzan millinin futbolçusuna gülmək yaraşar?
- Əlbəttə, yaraşmaz. Amma vallah, mən bilmirəm, kimi gülən yerdə görüblər. Yenə öz adımdan danışa bilərəm. Azərbaycana qayıdanda mən təyyarədə Cavid Hüseynovla oturmuşdum. Əvvəl istədik oyunun DVD-sinə baxaq. Sonra elə oldu ki, hazır olmadığını görüb yatdıq. Bəlkə də uşaqlar oyunla bağlı müzakirələr aparıblar.
- Almaniya millisinin baş məşqçisi oyundan öncə verdiyi açıqlamada demişdi ki, Azərbaycanı məğlub edəcəyik, çünki onlar bura futbol oynamağa yox, bazarlığa gəliblər. Elə Berti Foqts da buna bənzər açıqlama verərək demişdi ki “futbolçularıma istirahət vermişəm, qoy, gəzsinlər. Onsuz da onları Almaniyala oyundan daha çox gəzmək, alış-veriş düşündürür”.
- Bu sözü kim yayıb bilmirəm. Amma bu məsələ haqqında Foqtsun özündən soruşduq ki, bəs bu, bazarlıq söhbəti nə məsələdir? Həqiqətən adama ağır gəlir. Necə yəni, biz məgər Almaniyaya gəzməyə, bazarlığa getmişdik? Biz ora getmişdik ki, Azərbaycanın adını layiqincə təmsil edək. İnanın, Foqts dedi ki, mən o cür açıqlama verməmişəm. Görünür, onun fikirlərini düz yazmayıblar. Düzdür, baş məşqçi bizə istirahət üçün vaxt verdi. Çünki Finlandiya ilə ağır oyundan sonra 4 saat da təyyarə ilə uzaq yol gəlmişdik. Amma inanın Allaha ki, bu istirahət deyildiyi kimi, nəinki bir gün, heç yarım gün də çəkmədi. Gün nədir e, vur-tut 1 saat oldu, ya olmadı. Səhər yeməyindən sonra bir qədər dincəldik, sonra çıxdıq gəzməyə, bir saat sonra da qayıtdıq. Çünki axşam məşqimiz var idi və saat 16:00-da avtobus gəlib bizi məşqə aparmalı idi. Sizcə, bir saata o boyda şəhəri gəzib, bazarlıq etmək olardı?
- Qarşıdan Lixtenşteyn və Rusiya ilə sonuncu oyunlar gəlir. “Nə gəzləyirsən?” sualını vermək istəmirik. Yəqin ki, “əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq” kimi ənənəvi cavabı eşidəcəyik.
- O sözü mən də demək istəmirəm. Çünki şablonlaşıb. Biz Lixtenşteyni burada udmalı idik. Həmin 0:0-da özümü də günahkar sayıram. Çünki real qol epizodunu dəyərləndirə bilməmişdim. Bununla belə, hazırkı millinin potensialına inanıram. İstənilən halda, həm Lixtenşteyn həm də, Rusiya ilə oyunlara qələbə üçün çıxacağıq.
- Millimiz hər seçmə mərhələdə bir komandanı büdrədir. Bu seçmə mərhələdə hələ ki, buna nail olmamışıq. Bəlkə elə növbə Rusiyanındır.
- (gülür) Bəlkə də. Təki siz deyən kimi olsun.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı